İŞİD noutbuklara partlayıcılar yerləşdirir - İSRAİL KƏŞFİYYATI AÇIQLADI
"İŞİD terror qruplaşması noutbukların daxilinə quraşdırıla biləcək partlayıcılar hazırlayır".
APA TV-nin "The New York Times"a istinadən məlumatına görə, bu iddianı İsrailin xüsusi xidmət orqanları irəli sürüb.
Əldə olunan kəşfiyyat məlumatlarına əsasən hazırlanan partlayıcılar noutbukların batareyası funksiyasını yerinə yetirir, buna görə də ilk baxışdan hər hansı şübhə doğurmur. Eyni zamanda hava limanlarındakı "X-ray" detektorları da partlayıcını aşkarlaya bilmir.
Yayılan məlumatlar ABŞ təhlükəsizlik qüvvələrini hərəkətə keçirib. Belə ki, yaxın vaxtlarda ABŞ ərazisinə Türkiyə, Yaxın Şərq və Şimali Afrika ölkələrindən noutbukların gətirilməsinə qadağa qoyulacağı bildirilir.
Qeyd edək ki, hazırda Türkiyə, Livan, İordaniya, Misir, Tunis və Səudiyyə Ərəbistanından İngiltərəyə uçan təyyarələrdə noutbuk və digər elektron vasitələrin keçirilməsi yasaqlanıb.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA