Neftin qiyməti 48-49 dollar arasında stabilləşir
Birjalarda neftin qiyməti 48-49 dollar arasında tərəddüd edir. APA TV-nin məlumatına görə, son 24 saat ərzində “Brent” markalı neftin 1 barelinin minimum qiyməti 48,08 dollar, maksimum qiyməti isə 49,06 dollar olub. Bu gün keçirilən ticarət sessiyalarında isə qiymət 48,60 dollar olub.
Qərbi Texas neftinin qiymətində də eyni tendensiya müşahidə olunur. Bir bareli 45,72 dollara kimi ucuzlaşan WTİ nefti axşam seanslarında 46,63 dollara kimi yüksəlsə də, səhər qiymətlər 46,37 dollar səviyyəsində stabilləşib.
Bu gün Amerika Neft İnstitutu yeraltı rezervuarlarda saxlanan kommersiya neft ehtiyatlarının həcminə dair həftəlik hesabatı açıqlayacaq. Bu hesabat ABŞ Energetika Nazirliyinin sabah açıqlayacağı rəsmi hesabata dair proqnoz xarakteri daşıdığına görə bazar iştirakçıları tərəfindən diqqətlə izlənilir. Ötən həftə Amerika Neft İnstitutu ehtiyatların 4 milyon barel azalacağını proqnozlaşdırmışdı, Energetika Nazirliyi isə bu rəqəmi 4 milyon barel olaraq açıqlayıb. Bu həftə də ehtiyatların azalacağı gözlənilir. Bu azalma həm ölkədə neft məhsullarına mövsümi tələbatın artması, həm emal sənayesinin tam güclə işləməsi, həm də ABŞ-ın strateji neft ehtiyatlarını satışa çıxarması ilə əlaqədardır.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA