5 dəfə məhkum olunmuş şəxs yenidən tutuldu - NARKOTİK

Yardımlıda beş dəfə məhkumluq həyatı yaşamış şəxs yenidən narkotik vasitə satarkən saxlanılıb. APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, Yardımlı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, 40 yaşlı Ziyəddin Ağayev polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 2 kq çəkidə narkotik maddə olan  tiryək və 200 qr çəkidə heroin aşkar edilib: "Ziyəddin Ağayevin deməsinə görə, həmən narkotik vasitəni tanımadığı İran İslam Respublikasının vətəndaşından alıb, bundan əvvəl Z. Ağayev Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 5 dəfə məhkum olmuşdur".

 

Yardımlı rayon Polis Şöbəsində faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR