Yunanıstanda zəlzələ: ölən və yaralananlar var
Yunanıstanda baş verən zəlzələ nəticəsində ölən var. APA TV-nin məlumatına görə, hökumət Lesbos adasında 1 nəfərin öldüyünü, 10 nəfərin isə yaralandığını təsdiqləyib.
Mer Spiros Qalinos bildirib ki, ölən qadının meyiti uçan evinin dağıntıları altından tapılıb.
Yerli mətbuatın məlumatına görə, adadakı məktəblər binaların təhlükəsiz olduğu təsdiqlənənə qədər bağlanıb. Yunanıstanın Təhsil Nazirliyi Lesbos və Xios adalarında buraxılış imtahanlarını təxirə salıb. İmtahanların vaxtı daha sonra açıqlanacaq.
Seysmoloqlar sakinlərə tövsiyə ediblər ki, mütəxəssislər baxış keçirmədən binalara daxil olmasınlar.
Qeyd edək ki, iyunun 12-də Yunanıstanın şərqində, Lesbos və Xios adaları arasında 6,1 bal gücündə zəlzələ baş verib. Bundan sonra daha bir neçə yeraltı təkan qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA