İki prokuror Trampa qarşı iddia qaldırdı: KORRUPSİYA İTTİHAMI

Vaşinqton və Merilend ştatlarının baş prokurorları ABŞ prezidenti Donald Trampa qarşı iddia qaldıraraq biznes əlaqələrini kəsməməklə ölkə konstitusiyasını pozmaqda ittiham ediblər.

 

APA TV-nin məlumatına görə, iddia Merilend ştatının məhkəməsinə təqdim edilib.

 

Baş prokurorlar Karl Rasin və Brayan Froş bəyan ediblər ki, Tramp əmlak və maliyyə əməliyyatlarında iştirak edir və dolayısı ilə işgüzar fəaliyyətdədir. Onların qənaətinə görə, Trampın fəaliyyəti ABŞ Konstitusiyasına uyğun olaraq maraqların toqquşması kimi tanına bilər.

 

“Washington Post” qəzetinin yazdığına görə isə, prokurorlar Trampı Konstitusiyanın korrupsiyaya qarşı maddələrini pozmaqda şübhəli bilirlər. Onların qənaətinə görə, Tramp prezident postuna yiyələndikdən sonra xarici dövlətlərdən milyonlarla gəlir əldə edib.

 

İddiaya görə, Küveyt səfirliyi əvvəlcədən başqa oteldən yer icarələsə də, sonradan öz tədbirini Trampa məxsus oteldə keçirib. Trampın andiçmə mərasimindən sonra Səudiyyə Ərəbistanı də dəfələrlə onun otelində nömrələr götürüb.

 

 

 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR