Moskva və Sankt-Peterburqdakı aksiyalarda yüzlərlə adam saxlanılıb
Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində korrupsiyaya qarşı keçirilən etiraz aksiyaları zamanı yüzlərlə adam saxlanılıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hüquq müdafiəçiləri Moskvada 750, Sankt-Peterburqda isə 900-ə yaxın adamın saxlanıldığını iddia edir. Rusiya DİN isə Moskvada keçirilən razılaşdırılmamış aksiyada 150-yə yaxın, Peterburqda 500 nəfərin saxlanıldığı barədə məlumat yayıb.
Polisin məlumatına görə, Sankt-Peterburqda 3500, Moksvada isə 5000-ə yaxın adam aksiyalara qoşulub.
Moskvada aksiya iştirakçılarının kütləvi saxlanılması Tverskoy küçəsində həyata keçirilib.
Peterburqdakı Saray meydanında polis əsasən fəalları saxlayıb.
Qeyd edək ki, aksiyanın təşkilatçısı Aleksey Navalnıy nümayişçilərə qoşula bilməyib. O, evdən çıxarkən saxlanılıb. Digər müxalifətçi siyasətçi İlya Yaşini isə Puşkin meydanında polis saxlayıb.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA