YENİ İDDİA: Prosineçki bu gün Azərbaycan millisini tərk edir

Robert Prosineçki - “Bursaspor” - AFFA üçbucağı arasındakı qeyri-müəyyənlik başa çatmaq üzrədir. APA TV-nin “Ajansspor”a istinadən məlumatına görə, gözlənildiyi kimi xorvatiyalı mütəxəssis bundan sonrakı karyerasını Türkiyədə davam etdirəcək.

 

İyunun 12-də meneceri ilə birlikdə AFFA-da rəhbərliklə danışıqlar masası arxasına oturan baş məşqçi “Bursaspor”da işləmək istədiyini bildirib. Ona yeni müqavilə təklif edilsə də, mütəxəssis bundan imtina edib.

 

Sabah tərəflər arasında müqavilənin pozulması ilə bağlı hüquqi prosedur yoluna qoyulacaq, ardınca isə Prosineçki Türkiyəyə yollanacaq. Burada isə o, 2+1 illik anlaşmaya imza atacaq.

 

Qeyd edək ki, keçidlə bağlı iddialar milli komandamızın Şimali İrlandiya ilə oyunundan əvvəl səsləndirilsə də, həm AFFA, həm də Prosineçki bunu sərt şəkildə təkzib etmişdi.

 

 

 

 

 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR