Türkiyədə güclü zəlzələ - İSTANBUL VƏ İZMİR TİTRƏDİ

Türkiyədə güclü zəlzələ olub. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, təkanların episentri Ege və Mərmərə dənizlərində qeydə alınıb.

6,3 bal gücündəki zəlzələ İzmir, İstanbul, Çanaqqala, Ədirnə, Təkirdağ və Bursada hiss edilib.

İnsan tələfatı yoxdur, dağıntılar barədə məlumat verilmir. Zəlzələnin hiss olunduğu bölgələrdə insanlar arasında həyəcan yaşanıb. İstanbul və İzmirdə sakinlərin açıq ərazilərdə toplandığı bildirilir.

 

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR