Tovuzun Ermənistanla həmsərhəd kəndində məktəb yandı

Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Ağdam kəndində yanğın hadisəsi baş verib.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, yanğın Ağdam kənd orta məktəbinin binasında qeydə alınıb.

 

Günorta saatlarında baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Fövqəladə Hallar Nazirliyinin açıqladığı məlumata görə, ümumi sahəsi 250 kv. m olan birmərtəbəli inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 170 kv. m sahədə yanıb.

 

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Yanğının səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR