Balakəndə 55 yaşlı kişi balıqdan zəhərləndi
Balakəndə 55 yaşlı kişi zəhərlənib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, dünən axşam rayonun Şərif kənd sakini Səməd İsayev zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.
Müayinə olunarkən məlum olub ki, o, iyunun 11-də şam yeməyi yeyərkən bişirildikdən sonra qabda qalaraq köhnəlmiş balığı da yeyib. İlkin ehtimala görə, Səməd İsayev elə balıqdan zəhərlənib. Çünki yeməkdən 2 saat sonra onda halsızlıq, ikili görmə və digər zəhərlənmə əlamətləri özünü büruzə verib. Səməd İsayevin mədəsi yuyulub, lazımi yardım göstərilib.
Mədəsindən götürülmüş qida nümunələri analiz edildikdən sonra onun hansı qidadan zəhərlənməsi dəqiqləşəcək.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Səməd İsayevin vəziyyəti hazırda yaxşıdır, gün ərzində ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA