Elmar Məmmədyarov: "Status-kvo"nu dəyişməyin vaxtı çatıb"
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud sənəd üzərində danışıqları davam etdiririk". APA TV-nin məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov estoniyalı həmkarı Sven Mikserlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Sankt-Peterburq görüşündə, aprelin 29-da Moskva görüşündə də eyni sənəd üzərində danışıqlar aparılıb.
"Azərbaycanın mövqeyi bəllidir. "Status-kvo"nu dəyişməyin vaxtı çatıb. Prezidentlər və həmsədrlər də deyir ki, "status-kvo" qəbuledilməzdir", - deyə nazir qeyd edib.
Nazir Dağlıq Qarabağ münaqişəsinin BMT-nin qətnamələri əsasında həll edilməli olduğunu deyib. "BMT qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edir", - deyə E.Məmmədyarov vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA