Ermənilər Ağdamın işğal altında olan kəndlərinə od vurdu

Ermənistan silahlı qüvvələri Ağdam rayonunun işğal altında olan kəndlərində növbəti dəfə yanğınlar törədiblər.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, yanğınlar ötən gecə boyu ermənilərin nəzarətində olan Baş Qərvənd və Şıxlar kəndlərində müşahidə olunub.

 

Yanğın gedən ərazilərdə tüstülənmə hələ də davam edir.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR