Səudiyyədə terror oldu: ölən və yaralananlar var

Səudiyyə Ərəbistanının şərqində terror aktı baş verib.

 

APA TV-nin məlumatına görə, Əl-Qatif rayonunda baş verən hadisə nəticəsində bir mayor öldürülüb, iki polis yaralanıb. Patrul xidməti zamanı polisə bombalı hücum edilib. Terror aktını heç bir qruplaşma üzərinə götürməyib.

 

Qeyd edək ki, öldürülən mayor Taraq bin Abdullatif Allaqi iki il əvvəl də terror hücumuna məruz qalıb. Həmin vaxt dörd polis öldürülmüşdü, Allaqi isə hadisədən xəsarət almaqla qurtulmuşdu.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR