Respublikaçı senator: "Rusiya terrorçuları dəstəkləyir"
ABŞ Senatı yaxın vaxtlarda Rusiyaya qarşı sanksiyaları sərtləşdirə bilər.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu təkliflə respublikaçı senator Lindsi Qrem çıxış edib.
CBS telekanalına müsahibəsində L.Qrem Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi səbəbindən cəzalandırılmalı olduğunu bildirib. O, eyni zamanda rəsmi Moskvanı "Taliban" hərəkatına silah göndərməkdə, Əfqanıstandakı ABŞ əsgərlərinin ölümündə, habelə, Bəşər Əsədlə kimyəvi silah saxlanılmasına dair sövdələşmədə ittiham edib.
Senator qərarın qəbul olunacağı təqdirdə, prezident D.Trampın onu imzalayacağına şübhə etmədiyini də deyib.
Bu arada, "Politico" qəzeti Rusiyaya sanksiyaların tətbiqi məsələsində respublikaçılarla demokratların ortaq mövqe sərgiləməsinə diqqət çəkib. Onlar arasında yeganə fikir ayrılığı isə rəsmi Moskvaya vurulacaq zərbənin nə dərəcədə güclü olacağı məsələsindədir.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA