İsmayıllıda elektrik naqilini qıran “KamAZ” külə döndü

İsmayıllı rayonun Girk kəndində yanğın hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə İsmayıllı rayon sakini, 1986-cı il təvəllüdlü Cümşüd Hüseyn oğlu Xurşudov idarə etdiyi 41 BB 886 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobili ilə Girk kəndinə ot bağlaması apararkən baş verib.

 

“KamAz”ın yük yerinə ot bağlamaları hündür yığıldığı üçün yolun üstündən keçən yüksək gərginli elektrik naqilinə ilişərək onu qırıb. Naqil otun üstünə düşərək yanğın hadisəsi törədib. Avtomobilin sürücüsü çətinliklə yanğından canını qurtarsa da, yük yerindəki 8 ton ot bağlaması və “KamAZ” yanaraq yararsız hala düşüb.

 

Hadisə yerinə FHN-in İsmayıllı və Göyçay rayon Dövlət Yanğından Mühafizə hissələrinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Kənardakı evlər, ağaclar, həyətyanı sahələr və kol-kos yanğından mühafizə olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR