Murad Dadaşov: "Maşın"da jurnalistlər və aparıcılar da yarışacaq"

14 gündür davam edən “Maşın” realiti şounun final gecəsi iyunun ortalarına təsadüf edəcək.

 

APA TV-nin məlumatına görə, şounun aparıcısı, əməkdar artist Murad Dadaşov yarışmada  artıq daha mürəkkəb və gərgin mübarizənin başladığını açıqlayıb: “Maşın” realiti şousu dillər əzbəridir və çox böyük maraqla baxılır. Ümumiyyətlə, cəmiyyət özü də verilişin axarında maraqlıdır. Biz də çalışırıq o marağı qoruyub saxlayaq".

 

Onun sözlərinə görə, layihə mərhələlərlə davam edəcək.

 

Realiti şouda bundan sonra da maraqlı simalar görünəcək: "İştirakçılar arasında sənət adamları ilə yanaşı, jurnalistlər və populyar efir aparıcıları da yer alacaq".

 

“Maşın”da final mərhələsinə qədəm qoyan mübarizəni isə aktyorlar Elcan Rəsulov, İslam Mehrəliyev və rəqqasə Oksana Rəsulova davam etdirir. 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR