Ronaldo əkiz atası oldu - UŞAQLARIN ANASI KİMDİR?

Məşhur futbolçu Ronaldo ata olub.

 

APA TV-nin məlumatına görə, Portuqaliya yığmasının və “Real”ın hücumçusu ata olma sevincini ikinci dəfə yaşayıb. Surroqat ana vasitəsilə dünyaya gələn uşaqlardan biri qız, digəri oğlandır.

 

Uşaqlar ABŞ-da dünyaya gəlib. Futbolçu oğluna Mateo, qızına isə Yeva adını qoyub.

 

Ronaldonun ailəsi surroqat ananı tanımır. Çünki bu yolla ata olacağını öncədən xəbər versə də, ananın kim olduğunu gizli saxlayıb.

 

Xatırladaq ki, futbolçunun ilk övladı da surroqat ana vasitəsilə dünyaya gəlib. Onun kiçik oğlunun hazırda 6 yaşı var.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR