Şəkidə 20 yaşlı gənc bıçaqlandı

Şəkidə 20 yaşlı gənc qonşusu tərəfindən bıçaqlanıb.

 

APA TV-nin məlumatına görə, iyunun 10-da axşam saat 20:30 radələrində Şəki rayonunun Qoxmuq kənd sakini, 1997-ci il təvəllüdlü Tural Firuz oğlu Qədirov bədənin qarın nahiyəsindən iki bıçaq yarası və döyülmə əlamətləri ilə Mərkəzi Rayon Xəstəxanasına daxil olub.

 

Üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra Tural Qədirov cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə Qoxmuq kəndi ərazisində fəaliyyət göstərən çayxanaların birində baş verib. Tural  Qədirov çayxanada çay içən zaman bir nəfər naməlum şəxs onu küçəyə çağırıb. O, küçəyə çıxan Tural Qədirovu döyüb, daha sonra qarın nahiyəsinə iki bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.

 

Araşdırma zamanı Tural Qədirovu 1997-ci il təvəllüdlü qonşusu Emil Aqil oğlu Mustafayevin şəxsi münasibətlər zəminində döyüb bıçaqladığı məlum olub. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Emil Mustafayev tutularaq istintaqa təhvil edilib.

 

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR