Səudiyyə və Rusiyadan gələn açıqlamalar neftin qiymətini artırır

Səudiyyə Ərəbistanı və Rusiya energetika nazirlərinin açıqlamaları neft bazarında balansın yaranması ehtimalını gücləndirib.

 

APA TV-nin məlumatına görə, birja iştirakçıları bazarda tələblə təklif arasında kiçik templərlə balansın yaranacağını gözləyir. Bu isə neftin qiymətini az da olsa bahalaşdırıb.

 

Hazırda birjalarda “Brent” markalı neftin bir bareli 48,37 dollardan satılır, Qərbi Texas neftinin bir bareli isə 46 dollardan təklif olunur.

 

Bu həftə OPEK və Beynəlxalq Enerji Agentliyi ənənəvi aylıq hesabatlarını açıqlayacaqlar. Hesabatların üçüncü həftədir ucuzlaşmaqda olan neftin qiymətinə pozitiv təsir edəcəyi gözlənilir.

 

Bu amillərə rəğmən hələlik bazarda qiymətləri ABŞ-dan qaynaqlanan amillər formalaşdırır. Ötən cümə ölkədə qaya nefti hasil edən buruqların sayı 8 ədəd artaraq 741 vahidə çatıb. Bu, son iki il ərzində qeydə alınan ən yüksək rəqəmdir. ABŞ-da hasilatın artması qorxusu qiymətlərə mənfi təsir göstərən əsas amil olaraq qalır. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR