Şirvanda gələcək gəlinlə baldız bir-birinə qoşulub evdən qaçdı
Şirvan sakinləri olan gəlin və baldız itkin düşüb.
APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, Şirvan sakinləri, 17 yaşlı Zahidova Aytac Yasər qızı və 18 yaşlı Quliyeva Əfsanə Allahverdi qızı may ayının 26-da evdən çıxıb və geri qayıtmayıb. Aytac Zahidovanın anası Flora Zahidovanın bildirdiyinə görə, nişanlı olan qızı Aytac və oğluna nişanlı olan gəlini Əfsanənin itkin düşmələri barədə Şirvan RPŞ-yə yazılı müraciət olunub.
Onların hansı səbəbdən yoxa çıxmaları dəqiq məlum deyil. Ancaq ailə üzvlərinin bildirdiyinə görə, hər iki gənc qız gələcək həyat yoldaşları ilə izdivaca razı deyilmiş.
Aytacla Əfsanə evdən gedərkən şəxsiyyət vəsiqələrini də özlərilə götürüb. Hazırda onların axtarışları davam etydirilir.
OXŞAR XƏBƏRLƏR
17:52
884
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
952
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1015
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
560
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
684
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
719