Fransada parlament seçkiləri: Makronun partiyası irəlidədir

Fransada keçirilən parlament seçkilərinin birinci turunda ölkə başçısı Emmanuel Makronun “İrəli, Respublika!” hərəkatı qalıb gəlib.

APA TV-nin "Frans Press" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin məlumatında bildirilir.

Bülletenlərin 95,5 faizinin hesablanmasından sonra mərkəzçi "İrəli, Respublika!" 28,2 faiz seçici səsi toplayıb. Sağ-mərkəzçi “Respublikaçılar” partiyası 15,8 faiz, Marin Le Penin  “Milli Cəbhə”si 13,01 faiz, Jan Lyuk Melanşonun "Təslim olmamış Fransa" partiyası 11%, sabiq hakim  “Sosialist Partiyası” 7,4 səs toplayıb.

Proqnozlara görə, E.Makronun rəhbərlik etdiyi hərəkat parlamentdə 70% yer tuta bilər. Qeyd edək ki, seçkilərdə seçicilərin cəmi 48,7%-i iştirak edib. Seçkilərin ikinci turu iyunun 18-də keçiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR