Donald Tramp Britaniyaya səfər etmək fikrindən yayındı

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyaya dövlət səfərini qeyri-müəyyən müddətə təxirə salmağa qərar verib.

APA TV “The Guardian” qəzetinə istinadən xəbər verir ki, prezident bu barədə telefon danışığı zamanı Böyük Britaniyanın baş naziri Tereza Meyə məlumat verib. 

Məlumata görə, D.Tramp səfərinin Böyük Britaniya cəmiyyətində mənfi reaksiyaya səbəb olacağından ehtiyat edərək belə bir qərar verib.

Böyük Britaniya baş nazirinin dəftərxanası KİV-də ABŞ prezidenti Donald Trampın Londona planlaşdırılan səfərinin təxirə salınması barədə yayılan xəbəri təkzib edib və dəvətin hələ də qüvvədə olduğunu və bununla bağlı planda hər hansı bir dəyişiklik edilmədiyini açıqlayıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR