Şəmkirdə ilan dəhşəti: 3 nəfəri ilan əlindən sancdı

Şəmkirdə bir gündə 3 nəfəri ilan sancıb.

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, rayonun Sarıtəpə kənd sakini, 1976-cı il təvəllüdlü Nazilə Cəfərova sağ əlinin ilan sancması xəsarəti ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, Şəmkirdə bir gündə daha iki nəfəri də ilan sancıb.

Rayonun Zəyəm qəsəbə sakini, 1948-ci il təvəllüdlü Qaratel Hüseynova sağ əlindən, Bayramlı kənd sakini, 1969-cu il təvəllüdlü İsa Xudaverdiyev sağ bilək nahiyəsindən ilan sancma xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Hər üç xəstəyə ilan zəhəri əleyhinə zərdab vurulub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR