Qazaxda faciə: azyaşlı qardaşlar çayda çimərkən boğuldu
Qazax rayonunda iki qardaş suda boğulub.
APA TV-nin Qərb bürosunun məlumatına görə, hadisə rayonun Dəmirçilər kəndində qeydə alınıb. Kənd sakini 10 yaşlı Bayramov Nihad Mürşüd oğlu və onun qardaşı 8 yaşlı Lətif kəndin ərazisindən keçən cayda yaradılmış süni göldə boğulub.
Məlumata görə, uşaqlar həmin ərazidə qoyun otarırmış. Uzun müddət xəbər olmayınca, anaları onları axtarmağa başlayıb və gölün kənarında uşaqların paltarlarını görüb. Köməyə gələn kənd sakinləri uşaqların meyitini sudan çıxarıb.
Qeyd edək ki, Nihad və Lətif ailənin yeganə övladları olub.
Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:52
881
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
951
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1014
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
560
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
684
Qardaş ölkənin media nümayəndələri BAKIDA
14:31
719