Gənc şairlərin Bakı Forumu keçirildi
“Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənc şairlərin Bakı Forumu keçirilib.
APA TV-nin xəbərinə görə, Beynəlxalq Gənclər İttifaqının baş katibi Aytən Əliyeva bildirib ki, forum 12 ölkədən Bakıya gələn şairlər üçün dostluq, əməkdaşlıq bayramı olacaq.
Tədbirdə “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov forumun mədəniyyətlərarası dialoqa töhfə olduğunu deyib. Onun sözlərinə görə, müxtəlif ölkələrdən gələn gənclərin Bakıda toplaşması həm ölkənin ədəbi mühitində, həm də iştirakçıların yaradıcılığında öz izini qoyacaq.
"APA Holding”in prezidenti Vüsalə Mahirqızı rəhbərlik etdiyi media qurumunun ədəbiyyat və mədəniyyətə böyük önəm verdiyini diqqətə çatdırıb: “Ədəbiyyatla, mədəniyyətlə bağlı bütün layihələri alqışlayıram. Media qurumu olaraq ədəbiyyata, söz adamlarına bacardığımız qədər dəstək veririk. “APA Holding”ə daxil olan Kulis.az ədəbiyyat portalı Azərbaycanın ən böyük onlayn ədəbiyyat layihəsidir və bir çox söz adamı portalda öz yazıları ilə çıxış edir. Gələcəkdə bu cür təşəbbüslərə dəstək verməyə hazırıq. Bu cür tədbirlərin keçirilməsi bir arxayınlıq yaradır ki, ədəbiyyatın gələcəyi var. Dövlət qurumları, gənclər təşkilatları ədəbiyyatla bağlı layihələrə maraq göstərirlər. Bütün bu təşəbbüslər sözün yaşamasına xidmət göstərir”.
Moldovanın Azərbaycandakı səfiri George Leuka, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, yazıçı Günel Anarqızı forumun əhəmiyyətindən, layihənin ədəbiyyat adamlarının həyatında oynadığı roldan danışıblar. Daha sonra forumda iştirak edən gənc şairlər öz şeirlərini səsləndiriblər. Forum işini "Qadınlarınn inkişaf perspektivində Şərq-Qərb mədəni müxtəlifliyi", "Ənənəvi internet ədəbiyyatı" və digər mövzularda müzakirələrlə davam edib.
OXŞAR XƏBƏRLƏR
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
Qardaş ölkənin media nümayəndələri BAKIDA