Filippin ABŞ ordusunu ölkəyə dəvət etdi: İŞİD-LƏ BACARA BİLMİRLƏR

Filippin hökuməti ABŞ-dan yardım istəyib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, rəsmi Manila artıq bu barədə Ağ Evə müraciət edib.

Filippin Müdafiə Nazirliyi ölkədə fəallaşan İŞİD terrorçularına qarşı mübarizədə ABŞ hərbi kontingentinin köməyinə ehtiyac duyur.

Terrorçular şəhərlərdən biri - Maravini ələ keçirib. Döyüşlərdə Filippin ordusunun 58 hərbçisi öldürülüb. İŞİD-çilərin də itki verdiyi bildirilsə də, onlar şəhəri əldən verməyib. Gərgin döyüşlər nəticəsində həyatını itirənlərin çoxu dinc sakinlərdir. Dinc sakinlərdən azı 20 nəfər həlak olub.

Maravidə hazırda 400-ə qədər terrorçunun olduğu vurğulanır.



 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR