Gəncədə narkotik alverçisindən 9 kq marixuana aşkarlandı

Narkotik vasitə satmaq istəyən Gəncə sakini saxlanılıb.

 

APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini, 31 yaşlı Arzu Qasımovun narkotik vasitə olan qurudulmuş marixuana satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub: "Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Arzu Qasımovdan narkotik vasitə hesab olunan 9 kiloqram qurudulmuş marixuana aşkar olunaraq götürülüb".

 

Arzu Qasımov narkotik vasitəni Tovuz rayonu Əyyublu kəndindən əldə etdiyini və 4 min manata satmaq istədiyini deyib.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, istintaq gedir.

 

Müəllif | Apa.Tv
Vüsal Məmmədov

OXŞAR XƏBƏRLƏR