Ərdoğan: "Qətəri sona qədər dəstəkləyəcəyik"

"Qətərin terrorçu qruplaşmaları dəstəkləməsini hiss etməmişik". APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, bu açıqlama ilə Türkiyə prezidenti çıxış edib.


Ölkəsinin Qətəri dəstəkləməkdə davam edəcəyini deyən Türkiyənin dövlət başçısı sanksiyaların dərhal dayandırılmasını vacib hesab etdiyini bildirib: "Qətərdəki qardaşlarımızın yanında olmağımızdan narahat olanlar var. Üzrlü sayın, biz Qətərdəki qardaşlarımızı dəstəkləməyə davam edəcəyik. Biz Qətərlə müdafiə sənayesi ilə bağlı razılaşmanı çoxdan imzalamışıq. İndi körfəzdəki dostlarımıza səslənirəm. Amerikanın, başqa ölkələrin Qətərdəki hərbi bazası sizi niyə narahat etmir?"

 

O, Səudiyyə Ərəbistanını bölgədəki diplomatik gərginliyə son qoyulması üçün məsuliyyəti üzərinə götürməyə dəvət edib: "Ər-Riyad məsuliyyətli davranmalıdır. Səudiyyə regionda ən böyük və ən güclü dövlətdir. Bölgədə hərbi və digər bu kimi yollarla liderlik iddiasına düşmək düzgün deyil. Əsl lider qonşu dövlətləri əməkdaşlıqla birləşdirməlidir".

Xatırladaq ki, rəsmi Ankara iyunun 7-də Qətərə ordu göndərilməsi barədə qərar qəbul edib. Bundan əvvəl isə iki ölkə arasında Qətər ərazisində Türkiyənin hərbi bazasının yaradılması barədə razılıq əldə olunub.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR