"Qətər böhranı" bazara necə təsir edir? - Səudiyyə və Rusiyanın neft nazirləri görüşəcək

"Qətər ətrafında baş verən siyasi böhran OPEK-in hasilatın azaldılması ilə bağlı qərarına təsir etmir". APA TV-nin məlumatına görə, bu açıqlama ilə Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Faleh çıxış edib.

O bildirib ki, Vyanada verilən son qərarın pozitiv nəticəsi yaxın həftələr ərzində bazara öz təsirini göstərəcək. Söhbət hasilatın dondurulması ilə bağlı razılaşmanın gələn ilin martına qədər uzadılmasından gedir.

Əl-Faleh həmçinin qeyd edib ki, sözügedən məsələni Astanada rusiyalı və qazaxıstanlı həmkarları ilə bir daha müzakirə edəcəklərini bildirib və əlavə edib ki, hazırda ölkələr üzrə kvotaların korrektə edilməsinə ehtiyac yoxdur.

Səudiyyəli nazirin bu açıqlaması birjalarda nefti cüzi də olsa bahalaşdırıb. Bu gün səhər seanslarında "Brent" markalı neftin 1 barelinin dəyəri 0,44 dollar artaraq 48,30 dollar olub.

 

Qərbi Texas nefti də dəyər qazanıb. WTI markası 0,19 dollar artaraq 45,83 dollar təşkil edib.



 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR