Trampla Tillerson arasında fikir ayrılığı yarandı - QƏTƏRƏ GÖRƏ
ABŞ Dövlət Departamentinin rəhbəri Reks Tillerson Qətərə tətbiq edilən sanksiyaların yumşaldılmasını məqsədəuyğun hesab edir.
APA TV-nin məlumatına görə, bununla bağlı o, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirə çağırış edib.
Dövlət katibi belə sərt davranışın İŞİD-lə mübarizəyə mənfi təsir etdiyini iddia edib. Tillerson bu addımın həm də bölgədə gərginliyin azalmasına səbəb olacağını deyib.
Donald Tramp isə əksinə, bu dəfə də Dohaya qarşı sərt ifadələr işlədib. Ağ Evdə keçirilən mətbuat konfransında prezident Qətərin terrora ən yüksək səviyyədə dəstək verdiyini bildirib.
Tramp Ər-Riyada səfərini xatırladaraq, Səudiyyə paytaxtında Yaxın Şərqdə terrorizmə qarşı çox vacib müzakirələr aparıldığını deyib. Əlavə edib ki, Ər-Riyadda keçirilən danışıqlarda Qətərin uzun zamandır terrorçulara dəstək verdiyini öyrənib. O, adı çəkilən ölkəyə qarşı sanksiyaların tətbiq edilməsi qərarını da birgə verdiklərini etiraf edib.
Ağ Ev sahibi çıxışı zamanı ad çəkmədən bəzi ölkələrə də mesaj göndərib:
"İnsanlara başqalarını öldürməyi öyrətməyin, beyinləri nifrətlə doldurmağa son qoyun. Bizi başqa seçim etməyə məcbur etməyin. ABŞ prezidenti olaraq İŞİD-i və başqa terror qruplaşmalarını məhv etmək mənim vəzifəmdir. Bunu seçki kampaniyasında da demişəm, indi də deyirəm".
Tramp sonda qeyd edib ki, Qətəri məsuliyyətli ölkələr sırasında görmək istəyir.
OXŞAR XƏBƏRLƏR
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR