Britaniyada hakim partiya üstünlüyü itirdi: koalisiya yaranacaq

Böyük Britaniyada keçirilmiş növbədənkənar parlament seçkilərinin yekun nəticələri açıqlanıb. APA TV-nin məlumatına görə, protokolların 100% hesablanmasından sonra mühafizəkarlar 650 mandatdan 318-ni, leyboristlər isə 262-ni əldə ediblər. Şotlandiya Milli Partiyası 35, Liberal Demokratik Partiyası 12, Şimali İrlandiya Demokratik Yunionist Partiyası 10, Uels partiyası 3, “Yaşıllar” partiyası 1 mandat qazanıb.

 

Beləliklə, baş nazir Tereza Meyin Mühafizəkarlar Partiyası 650 yerlik İcmalar Palatasında parlament çoxluğunu itirib. Bu səbəbdən baş nazir parlamentdə 10 mandat qazanan Şimali İrlandiya Demokratik Yunionist Partiyası ilə koalisiya qurulacağını bildirib. Lakin bunun hansı formada həyata keçiriləcəyi hələ məlum deyil.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR