Qətərdə sanksiyalardan sonrakı vəziyyət: Doha küçələrindən son görüntülər
Səudiyyə Ərəbistanının başçılığı ilə bəzi ərəb ölkələrinin tətbiq etdiyi siyasi və iqtisadi sanksiyalara baxmayaraq, Qətərdə həyat öz axarında davam edir. APA TV-nin “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, sanksiyalar Qətər əhalisinin gündəlik yaşamına təsir etməyib.
Qətərlə Körfəz ölkələri arasında gərginliyin artdığı ilk gündən əhalinin marketlərə axın etdiyi və rəflərin boşaldığı barədə xəbərlər yayılsa da, Dohadan görüntülər bunun əksini göstərir. Marketlərdə hər cür ərzaq məhsullarını rahatlıqla tapmaq mümkündür. Ərəb ölkələrinin sanksiyalarından sonra Qətəri əsas ərzaq məhsulları ilə Türkiyə təmin edir.
Sıravi qətərlilərin sözlərinə görə, böhranın başladığı bazar ertəsi günü əhalidə qısamüddətli panika yaranıb və marketlərdə növbələr olub. Amma sonradan həyat öz axarına qayıdıb. İndi marketlərdən alış-veriş edən müştərilər qida ehtiyatı yığmağa ehtiyac duymadıqlarını bildirirlər.
OXŞAR XƏBƏRLƏR
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR