Ərdoğan və Tramp arasında Qətərlə bağlı fikir ayrılığı

“Qətər tarixən terrorizmin sponsoru olub, buna son qoymaq lazımdır”. APA TV-nin məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib:

 

“Biz terrorizmin maliyyələşdirilməsinə son qoymalıyıq. Qətəri terror təşkilatlarını maliyyələşdirməyə dayandırmağa çağırmağın vaxtı çatıb. Onlar ekstremist ideologiyaya  sponsorluğu dayandırmalıdırlar”.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə fərqli mövqedədir. O, iştirak etdiyi iftar mərasimindəki çıxışında bildirib, Qətərə qarşı sanksilayar aradan qaldırılmalıdır. Rəcəb Tayyib Ərdoğan Qətərin terrora dəstək verməsi ilə bağlı iddialara da münasibət bildirib:

 

“Qətərdə müxtəlif xidmətlər üçün qurulmuş dərnəkləri terror təşkilatı elan edirlər. Olmaz belə bir şey. O dərnəkləri mən də tanıyıram. Mən bu günə qədər Qətərin terrora dəstək verdiyinə şahid olmadım. Son bir-iki həftəyə qədər çox yaxşı münasibətləri olan Körfəz ölkələrinə indi nə oldu ki, körfəzdəki qardaşlarını terror ölkəsi elan edirlər?”.

 

Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə Qətərə dəstək verəcək.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR