Türkiyənin səhiyyə naziri: “Natiq Əliyevin vəziyyəti son dərəcə ağır idi”
Türkiyənin səhiyyə naziri Rəcəb Ağdağ Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatı barədə danışıb. İstanbulda səhiyyə xidmətlərinin dəyərləndirilməsi toplantısından sonra jurnalistlərə açıqlama verən nazir deyib ki, Natiq Əliyev Türkiyəyə ağır vəziyyətdə çatdırılıb:
“Bir neçə gün əvvəl Azərbaycan tərəfindən bir müraciət edildi. Bir burdan ambulans təyyarəsini göndərdik və dəyərli nazirimizi, qardaşımızı Türkiyəyə müalicəyə gətirdik. Amma çox ağır vəziyyətdə gəlmişdi Türkiyəyə. Vəziyyəti son dərəcə ağır idi”.
Qeyd edək ki, Azərbaycanın energetika naziri Natiq Əliyev Türkiyədə dünyasını dəyişib. Mərhumun nəşi iyunun 10-da Bakıya gətiriləcək və II Fəxri Xiyabanda torpağa tapşırılacaq.
OXŞAR XƏBƏRLƏR
14:05
143
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
937
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
995
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1027
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
563
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
687