Rusiyanın böyük zavodlarından biri yanır - HADİSƏ YERİNDƏN

Yaroslavl vilayətində sürtgü materialları zavodunda güclü yanğın baş verib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, zavodun anbarından başlayan yanğın qısa müddətdə 4 min kvadratmetr ərazini əhatə edib. Əraziyə bir neçə yanğınsöndürmə briqadası cəlb olunub.

 

Yanğının miqyası zavoddakı ağır texnika, habelə yanacaqla dolu yük maşınlarının təxliyəsinə imkan vermir.

 

Hazırda yanğının söndürülməsi üzrə tədbirlər davam edir.



 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR