Xaçmazda mənşəyi bilinməyən yarım ton ət aşkarlandı
Xaçmaz rayonunda mənşəyi bilinməyən yarım ton ət aşkarlanıb.
APA TV-nin şimal bürosunun məlumatına görə, Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev küçəsi 29 B, mənzil 16-da yaşayan Məmmədyarov Eynulla Balaşərif oğluna məxsus “Mitsubishi” markalı 10 PE 327 dövlət nömrə nişanlı avtomobilinə Xaçmaz rayonu ərazisində baxış keçirilib.
Dövlət Baytarlıq Nəzarəti Xidməti Xaçmaz Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə keçirilən baxış zamanı avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, şaqqalara bölünmüş 500 kq çəkisində olan heyvan əti, 2 ədəd kəsilmiş malın baş-ayağı və daxili orqanları aşkar olunub. İlkin araşdırma zamanı E.Məmmədyarov heyvan ətlərini Bakı şəhərindən Xaçmazdakı konserv zavoduna təhvil vermək məqsədilə gətirdiyini bildirib.
Avtomobildə aşkar edilmiş ətdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. E.Məmmədyarova məxsus avtomobildə aşkarlanan 500 kq heyvan ətləri müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilib.
Ətdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.
OXŞAR XƏBƏRLƏR
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR