Qatil və oğru, 22 yaş böyük ər, 2 uşaq atası - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Mingəçevirdə kişi arvadını və iki övladını qətlə yetirib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin Nəsimi küçəsindəki 31 saylı mənzildə qeydə alınıb.


Şəhər sakini 1960-cı il təvəllüdlü Lazım Hüseynov ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı, 1982-ci il təvəllüdlü Aynurə Hüseynovanı və iki azyaşlı övladını - 2009-cu il təvəllüdlü Hüseyn Hüseynovu və 2012-ci il təvəllüdlü Mədinə Hüseynovanı bıçaqlayaraq öldürüb.

Qonşular bildirib ki, hadisə qısqanclıq zəminində törədib.

Lazım Hüseynov tutularaq istintaqa təhvil verilib. O, vaxtilə qətl və oğurluğa görə Azərbaycan və Rusiyada məhkumluq həyatı yaşayıb. Qonşular Hüseynovun uzun müddət həbsdə olduğu üçün gec ailə həyatı qurduğunu deyiblər. Lazım Hüseynovun Yevlaxın Havarlı kəndində mal-qara təsərrüfatı var.

Qonşu İkram Mahmudov  əməkdaşımıza bunları deyib: "Qətli törədən Lazım Hüseynov fermer idi, zəhmətkeş, ailəcanlı insan idi. Hadisəni eşidib şoka düşdük. Azyaşlı uşaqların öldürülməsi bizə pis təsir etdi. Hadisənin onun tərəfindən törədilməsinə inana bilmirik".

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR