Sabunçu polisi maarifləndirmə kampaniyasını yekunlaşdırdı
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Sabunçu rayonu Gənclər Evində yekun tədbir keçirilib.
APA TV-nin məlumatına görə, tədbirdə RİH başçısının I müavini Güloğlan Məmmədov, RPİ-nin rəisi, polis polkovniki Eldar İlyasov, Bakı şəhər İdman və Gənclər İdarəsinin rəisi Raqif Abbasov, Sabunçu rayon Nardaran qəsəbəsi 295 saylı məktəbin direktoru, millət vəkili Dilarə Cəbrayılova və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər 2016-2017-ci tədris ilində 56 məktəbdə "Narkomaniya bəşəriyyətin bəlasıdır", "Erkən nikaha yox deyək" və digər mövzularda çoxsaylı tədbirlərin keçirildiyini qeyd ediblər. Eldar İlyasov müvafiq dövlət qurumları, QHT-lərlə birgə uşaq və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin qarşısının alınması istiqamətində mütəmadi olaraq ictimai maarifləndirmə tədbirlərini çox uğurla davam etdirdiklərini bildirib.
APA TV-nin təbliğat və maarifləndirmədə tutduğu istiqamət təqdirəlayiq hesab olunaraq xüsusi vurğulanıb. 7 dəqiqəlik video süjetdə APA TV-nin tədris ili ərzində çəkdiyi süjetlərin ümumi məcmusu qonaqlara təqdim olunub.
Tədbirin sonunda bir neçə məktəb direktoruna fərqlənmə diplomları təqdim olunub.
OXŞAR XƏBƏRLƏR
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR