Hacıqabulda 10 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu tikilir
19 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Hacıqabul rayonu Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər “Azəravtoyol” ASC tərəfindən davam etdirilir.
APA TV-nin xəbərinə görə, artıq yolun asfaltlanması işlərinə də başlanılıb.
Əvvəllər torpaq örtüklü olan yolda payız-qış aylarında avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaşanırdı. Yolun yenindən tikilməsi ilə mövcud problemlər həllini tapmış olacaq.
Azərbaycan prezidentinin sərəncamına əsasən yenidən qurulan yolun tikintisi “Azəravtoyol” ASC-nin rəhbərliyinin birbaşa olaraq nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. Bunun üçün əraziyə lazımi sayda texnika və canlı qüvvə cəlb olunub.
Uzunluğu 51,5 km olan yol 4-cü texniki dərəcəyə uyğun inşa olunur. Layihəyə uyğun yolun çiyinlərinin eni hər bir istiqamət üzrə eni 2 m, 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni isə 6 m təşkil edəcək.
Layihə çərçivəsində hazırda sözügedən avtomobil yolunda torpaq işləri aparılır, yol yatağı və yol əsası inşa olunur. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri görülür. Yol geyiminin əsasının tikintisi işləri isə qum-çınqıl və optimal qırmadaş qarışığından aparılır. Buna paralel olaraq hazır olan hissələrə isə 2 qat olmaqla asfalt-beton örtük döşənir. Ümumilikdə isə 300 min kv. m ərazinin asfaltlanması işləri aparılacaq.
Yolun Qarasu-Abdulabad-Kolanı kədlərini birləşdirən 12 km-lik hissəsində hazırda torpaq işləri görülür, yeni yol yatağı inşa olunur, Kolanlı-Talış kəndlərini birləşdirən 12-18 km-lik hissəsində isə asfaltlanma işləri görülür. Eyni zamanda suların ötürülməsi üçün 15 yerdə ümumi uzunluğu 300 metr və 1 metr diametrində olan dəmir-beton borular da quraşdırılır.
Yolun tikintisi yekunlaşandan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə təhlükəsizlik dirəkləri, yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, xətlənmə işləri aparılacaq.
“Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirib ki, Hacıqabul rayonu Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi işləri yüksək keyfiyyətlə aparılır: "Avtomobil yolunun tikintisi ilə 10 yaşayış məntəqəsinin 18.7 min əhalinin gediş-gəlişini, yük və sərnişin daşıması xeyli yaxşılaşacaq, ən əsası vətəndaşların yetişdirdikləri məhsulları bazarlara daşıması asanlaşmaqla sözügedən ərazidə kənd təsərrüfatının inkişaf edəcək. Bu isə öz növbəsində yol boyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə müsbət təsir göstərmiş olacaq".
OXŞAR XƏBƏRLƏR
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR