Qətər amili neftin qiymətini ucuzlaşdırır
OPEK-in neft bazarında balans yaratmaq niyyətinə yaranan şübhələr birjalarda “qara qızıl”ın qiymətini ucuzlaşdırır.
APA TV-nin xəbərinə görə, birja iştirakçıları hesab edir ki, Qətərlə münaqişə bu ölkədən neft nəqlinə mənfi təsir göstərə və bazarda qıtlıq yarada bilər. Digər tərəfdən isə Qətər və İranla qarşıdurma OPEK-in hasilatı azaltmaq barədə razılaşmasına əməl olunacağına şübhə yaradır.
Hazırda birjalarda “Brent” markalı neftin bir bareli 47,78 dollardan satılır, Qərbi Texas neftinin qiyməti isə 45,56 dollara düşüb. Bu gün ABŞ-da qaya nefti hasil edən buruqların sayına dair növbəti hesabat açıqlanacaq. Bu hesabat həftənin son qiymətlərini müəyyənləşdirəcək.
Bundan başqa, həftə sonu neft bazarında stabilliyə mane olan siyasi faktorlar kifayət qədərdir. Britaniya parlamentinə seçkilərin nəticələri, Avropa Mərkəzi Bankının toplantısından çıxacaq qərarlar, Federal Təhqiqat Bürosunun sabiq direktoru Ceyms Kominin Senatdakı çıxışı siyasi böhran elementləri yarada bilər və bu amillər neft bazarına təsirsiz ötüşməyəcək.
OXŞAR XƏBƏRLƏR
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR