Mingəçevirdə dəhşət: ər arvadını və iki övladını amansızlıqla öldürdü
Mingəçevirdə kişi arvadını və iki övladını qətlə yetirib.
APA TV-nin yerli bürosunun məlumatına görə, şəhər sakini, 1960-cı il təvəllüdlü Nazim Hüseynov həyat yoldaşı Aynurə Hüseynovanı və övladları, 2009-cu il təvəllüdlü Hüseyn Hüseynovu və 2012-ci il təvəllüdlü Mədinə Hüseynovanı bıçaqlayaraq öldürüb.
Qətlin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Qətli törədən şəxs tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:05
143
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
937
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
994
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1027
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
563
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
687