İstixananı plantasiyaya çevirdi - BAKIDA POLİS REYDİ

46 yaşlı Asif Xanoğlan oğlu Dənziyevin istixanada narkotik xassəli bitkiləri əkdiyi barədə məlumat  daxil olub.

 

APA TV-nin xəbərinə görə, istixana Hövsan südçülük sovxozu yeni yaşayış sahəsində yerləşib. Xəzər RPİ-nin əməkdaşları bu barədə dərhal hadisə yerinə yollanıblar: "Həmin şəxsin həyətinə baxış zamanı oradan 80 ədəd çətənə kanabis kolları aşkar edilmişdir".  

 

Hadisə şahidlərinin iştirakı ilə kultivasiya yolu ilə əkilmiş və xüsusi qulluq göstərilən kollar çıxarılıb. Satışla məşğul olmadığını deyən Lerik rayon sakini Asif Dənziyev kolları öz istifadəsi üçün əkdiyini etiraf edib.

 

Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də eyni əmələ görə məhkumluq həyatı yaşayıb.    

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR