Tramp Qətər probleminin həllini Tillersona tapşırdı

ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu Qətər dövləti ətrafında yaranmış vəziyyətlə əlaqədar ərəb dövlətləri arasında vasitəçi təyin edib.

APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert açıqlama yayıb.

"Prezident dövlət katibi Tillersonun Fars körfəzi ölkələri arasında vasitəçi rolu oynamasını təklif edib. Birləşmiş Ştatlar Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasına daxil olan dövlətlərin müstəqil halda böhranı aradan qaldırmalarına üstünlük verir", - deyə Nauert brifinq zamanı səsləndirib.

Onun sözlərinə görə, prezidentlə görüşdə ölkənin müdafiə naziri Ceyms Mettis də iştirak edib və söhbət zamanı Qətərdəki vəziyyətlə yanaşı Şimali Koreya probleminə də toxunulub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR