Mehdiabadda qanlı hadisə: 28 yaşlı oğlanı ayaqlarından bıçaqladılar

Abşeronda bıçaqlanma faktı qeydə alınıb.

 

APA TV-nin məlumatına görə, hadisə rayonun Mehdiabad qəsəbəsində baş verib. 1989-cu il təvəllüdlü Şirinov Məmməd Dağbəyi oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Təcili tibbi yardım maşını ilə 1 saylı Xəstəxanaya yerləşdirilən yaralıya hər iki aşağı ətraflarının kəsilmiş-deşilmiş yaraları diaqnozu təyin edilib. Vəziyyətinin ağır olduğu bildirilir.

 

Abşeron RPİ-dən verilən məlumata görə, hadisədə şübhəli şəxs qismində saxlanılan yoxdur. Məmməd Şirinov çox qan itirdiyindən hazırda xəstəxananın reanimaiya şöbəsindədir. Ona görə də yaralının ifadəsini almaq hələlik mümkün olmayıb. Polis hadisənin kim tərəfindən törədildiyini araşdırır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR