Myanmada itən hərbçi təyyarəsinin qalıqları tapıldı

Myanmada radarlardan itən və göyərtəsində əsasən hərbi qulluqçuların ailə üzvlərindən ibarət 122 nəfərin olduğu hərbi təyyarənin qalıqları tapılıb.

APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, ölkənin hərbi dairələri Andaman dənizində aparılan axtarış-xilasetmə işləri nəticəsində 4-ü uşaq olmaqla 10 nəfərin meyitinin tapıldığını açıqlayıb. Eyni zamanda təyyarənin təkərləri və bəzi parçaları da yaxınlıqda aşkarlanıb.

Tavoy şəhəri sahillərində aparılan axtarış-xilasetmə işlərinə 9 döyüş gəmisi, 5 döyüş təyyarəsi və 3 helikopter cəlb edilib.

Qeyd edək ki, Çin istehsalı olan və Myanma ordusuna məxsus "Shaanxi Y-8" tipli təyyarə ötən gün ölkənin cənubundakı Myey şəhərindən havalandıqdan yarım saat sonra radarlardan itib. Təyyarədə əksəriyyəti hərbi qulluqçuların ailə üzvlərindən ibarət 106 sərnişin və 14 ekipaj üzvü olub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR