Türkiyə səfiri: "Dünyanın heç bir ölkəsində terror istisna deyil"
“Türkiyənin terrora qarşı münasibəti məlumdur. Türkiyə terrordan çox əziyyət çəkən və bir çox vətəndaşını qurban verən ölkədir”. Bunu APA TV-yə açıqlamasında Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral deyib.
O qeyd edib ki, terrorun harada baş verməsindən asılı olmayaraq, Türkiyə onu ən sərt şəkildə qınayır və lənətləyir: “Türkiyə terrorun istənilən formasına qarşı çıxır. Türkiyə terrora, terrorçuya müxtəlif adlar verərək, terrorçular arasında bölgü aparılmasını, terrorçuların fərqləndirilməsini də qəbul etmir. Terror hər zaman terror, terrorçu hər zaman terrorçudur. Terrorun istənilən formasını qınayırıq”.
E.Özoral həmçinin terrorla mübarizənin qlobal səviyyədə aparılmalı olduğunu bildirib: “Ona görə də Türkiyə terrorizmlə mübarizədə bütün ölkələrlə mümkün olan hər cür əməkdaşlığı həyata keçirir və buna dəstək verməyə çalışır. Terrora qarşı mübarizənin də tələbi budur. Terrorla mübarizədə “amma”, “ancaq” demək, hansısa şərtlər irəli sürmək doğru deyil. Terrorizmin bütün formaları ilə eyni formada mübarizə aparılmalıdır. Günümüzdə terror heç bir fərq qoymur, dünən İranda, keçən həftə İngiltərədə belə aktlar törədildi. Dünyanın heç bir ölkəsində bu istisna deyil. Terrora qarşı hamımız birlikdə mübarizə aparmalıyıq. Çünki terror bütün dünyanı, bütün bəşəriyyəti hədəfə almaqdadır”.
OXŞAR XƏBƏRLƏR
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR