Quldur sevgililər ələ keçdi

Bir müddətdir birlikdə yaşayan aşiqlə məşuqun axşam gəzintisi "uğurlu" alınıb. Polis onların izinə düşənə qədər.

4 iyun tarixində vətəndaş Yeganə İsayevaya metronun “Neftçilər” stansiyasının yaxınlığında  yaxınlaşaraq ondan telefonunu verməyi tələb ediblər. Qadın qaçmaq istəyəndə isə ona  zor tətbiq olunub.

 

Nizami RPİ-nin 25-ci PB-nin rəis müavini Elnur Əliyev bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən Kərimova Səidə İlham qızı və Hüseynov İsrafil Məziyəddin oğlu saxlanılaraq istintaqa təqdim olunub.

 

Saxlanılan Səidə Kərimovanın sözlərinə görə, İsrafil Hüseynovun pulu olmasa da, onun yanında qalmağı özünə söz verib. Çünki vaxtında oğlan ona çox pul xərcləyib: "Telefonu istədi. Qadın qorxub qaçdı. Pul çantası əlindən düşdü".

 

İsrafil Hüseynov cinayətini etiraf edib: "Yerə düşən pul kisəsini götürdüm. Boyunbağı yerə düşdü, lakin onu götürmədim".

 

Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşları S.Kərimova və İ.Hüseynovun digər analoji cinayətlərdə iştirakını da istisna etmirlər.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR