Şirməmməd Hüseynovdan Cümhuriyyətin 100 illiyinə ərməğan
"Şirməmməd Hüseynovun kitablarında Cümhuriyyət tarixində müsbət və ya mənfi mənada rol oynamış şəxslərin səsi duyulur".
APA TV-nin məlumatına görə, bu fikirləri millət vəkili, akademik Rafael Hüseynov tədqiqatçı-alim, professor Şirməmməd Hüseynovun "Azərbaycan" qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 - aprel 1920)" üçcildliyinin təqdimat mərasimində deyib.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə vurğulayıb ki, Cümhuriyyət tarixinin görkəmli araşdırmaçısı, professor Şirməmməd Hüseynov elmi fəaliyyəti dövründə bir sıra qiymətli və fundamental elmi əsərlər ərsəyə gətirib: "Mən həmişə Şirməmməd müəllimə müraciət edəndə, Əhməd bəy Ağaoğlunun təbirincə, ali ruh adlandırıram. Şirməmməd müəllim, siz doğrudan da tükənməz ali ruhsunuz".
"Azərbaycan" qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov isə Cümhuriyyət qurucularının bu yolda misilsiz fədakarlıq göstərdiklərini önə çəkib, bu çoxcildliyi Cümhuriyyətin 100 illiyinə böyük töhfə kimi dəyərləndirib: "Xalq Cümhuriyyətini yaradanlar, o dövrün insanları, dahiləri, vətənpərvər insanlar çox acı bir tale yaşadılar. Ömürləri daim mübarizədə keçdi, çətinliklə üzləşdilər, amma əqidələrindən dönmədilər".
Şirməmməd Hüseynov isə çıxışında ömrünün çox hissəsini Cümhuriyyət tarixinin araşdırılmasına sərf etdiyini, bu gün təqdim olunan çoxcildliyin də məhz bu araşdırmaların bəhrəsi olduğunu vurğulayıb. O, təqdimata gələnlərə də təşəkkür edib: "Bu, təkcə mənə hörmət deyil. Bu, bizə, Azərbaycan adlı müstəqil dövləti yaradan kişilərə hörmət və ehtiramdır. Mənim ən yaxşı vaxtım o kişilərlə ünsiyyətdə, onların yazdıqlarını, çıxışlarını oxumaqla keçib".
Daha sonra tədbir iştirakçıları kitablarla bağlı fikirlərini bölüşüb, müəllifə uğurlar arzulayıblar.
OXŞAR XƏBƏRLƏR
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR