Evindən narkotik plantasiyası və silah-sursat tapıldı
Həyətində narkotik bitkilər yetişdirən və evində silah-sursat saxlayan Ağdaş rayon sakini saxlanılıb.
Ağdaş Rayon Polis Şöbəsindən APA TV-nin yerli bürosuna verilən xəbərə görə, ötən gün polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Pirəzə kənd sakini, 1992-ci il təvəllüdlü Quliyev Xəyal Qürbət oğlunun həyətindən xüsusi üsulla yetişdirilmiş narkotik bitkilər tapılıb.
Polis əməkdaşları narkotik plantasiyasına baxış keçirərkən oradan ümumi çəkisi 996 kiloqram, hündürlüyü 4 metr olan 512 ədəd çətənə bitkisi aşkarlayıb. Xəyal Quliyevin evinə baxış keçirilərkən oradan qanunsuz saxlanılan İJ markalı ov tüfəngi və “Vinçester” markalı tüfəng, patronlar və 6 ədəd avtomat gülləsi, beşbarmaq və 14.5 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Xəyal Quliyev tutularaq istintaqa təhvil verilib: “Özüm istifadə etmək üçün 512 ədəd çətənə kolu əkmişdim. Onların içindən yaxşısını özümə seçib götürəcəkdim, qalanın yandıracaqdım. Polislər gəlib tutdular”.
Faktla ağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR