Əsəd qüvvələri Rəqqaya hücuma keçən kürdləri bombaladı
Suriya hərbi təyyarələri Rəqqanın qərbindəki ərazilərə çoxlu sayda hava hücumu təşkil edib.
APA TV-nin məlumatına görə, Əl-Masdar Suriya təyyarələrinin Suriya Demokratik Güclərinə (SDG) zərbələr endirdiyini yazıb. Suriya Demokratik Güclərinin əsasını PKK-nın Suriya qolu təşkil edir. Zərbələr Əbu Asi kəndi yaxınlığında yerləşən döyüşçülərə endirilib.
Qeyd edək ki, Suriya Hərbi Hava Qüvvələrinin ABŞ-ın cənubda həyata keçirdiyi hava hücumuna bu şəkildə cavab verdiyi təxmin olunur. ABŞ iki gün öncə Türkiyə, İran və Rusiyanın müdaxiləsi ilə qurulan təhlükəsiz bölgələrdən birində yer alan Tanf yaxınlarında Suriya ordusuna məxsus qüvvələri vurub.
OXŞAR XƏBƏRLƏR
14:05
225
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
989
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1038
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1030
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
568
Ağdamda əkin sahələri qəsdən yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR
19:18
690